Thursday, November 6, 2008

About Michele Placido (Azerbaijan information)

Mikele Plaçido 1946-cı il may ayının 16 da İtaliyanin Askoli Satriano şəhərində dünyaya gəlib. Doğma şəhərində on yaşına qədər yaşayır,monastr məktəbində oxuyur,daha sonra vilayət mərkəzindəki kolledjə daxil olur.15 yaşında Mikele yenidən doğma şəhərinə qayıdır.Tezliklə orduda xədmətə gedir.Könüllü olduğuna görə onu ordu hissəsinə yox Romaya polis sisteminə xidmətə göndərirlər.Qulluğunu davam edə edə Mikele milli teatr incəsənəti akademiyasına imtahan verir və orda 3 il təhsil alır. İlk dəfə 25 yaşinda Mikele "Piçotto" televizija filmində cəkilməyə dəvət alır.Film uğur qazanır və Plaçidonun istedaını böyük rejissorlar dərhal sezirlər.Mikele, Moniçelli Rozi,Belokkio,Lidzani,Komençelli kimi rejissorlarla işləyir.
Öz ölkəsində və dünyada ona ilk məşhurluğu Mario Moniçellinin “Xalq Romanı” komediyası gətirir. (1974) Daha sonralar Mikele,L.Komençininin “Allah,mən necə də əskildım”,L.Djampinin “Dəli yataqlar”,S.Samperinin “Ernesto” filmlərində rol alır.
80 –ci illərin əvvəllərində Mikele öz vətənində kifayət qədər taninmış aktyor idi.Ancaq ona əsl dönya şöhrəti gətirən obraz – Komissar Kattani rolu oldu (La Piovra) . Bu rol dünyada misli görünməmiş populyarlığa nail olur,bütün dünyada Plaçidonu Komissar Korrado Kattani kimi taniyır və sevməyə başlayirlar.
Plaçidonun çox zəngin filmoqrafiyasi var.O özünü muxtəlif obrazlarda sınayıb..Onu həm qatil həm polis rolunda,həm çox yüngül həm də çox ciddi obrazlarda görmüşük.
Mikele aktrisa Simonetta Stefanelli ilə evli olub ayrılıb.Hal hazırda isə Federika Vinçenti ilə ailə həyatı sürür.60 yaşında Mikele yenidən ata olur.oğlu Gabriele dünyaya gəlir.
Artıq neçə ildir ki,Mikele Plaçıdo həm də rejissor kimi də fəaliyyət göstərir.Bu sahə də onda yaxşı alınır.
(H.Aytən)

3 comments:

  1. Ayten xanim salam.sizin Placido barede yazdiginiz melumatlari tesadufen oxudum.men umumiyyeta o aktorun fanatiyam.hsexsi heyati ve xasiyyeti barde etrafli bilmeemde onu bir serishteli atkyor ve umumiyyetle bir insan kimi cox sevirem..vaxtim olmadigindan onun heyati ve yaradiciligi barede melumat ala bilmirdim.men o aktyoru sprut filminden sonra sevdim.o filime ilk dfe 1987 ci ilde baxmisham...o film mene cox tesir etdi...ne ise... bu insan ve onun men deyardimki, en meshhur senet eseri olan sprut filmi hagda cox danishmag olar..

    ReplyDelete
  2. Zaur,sadam ki,Azerbaycanda menden basqa da bu aktyorun yaradiciligina hormet eden ve sevenler var,eminem ve bilirem ki,biz yegane deyilik.
    fikirlerinizi yazdiginiza gore coxsagolun.

    ReplyDelete